Prezident Rəcəb Tayyib Ərdoğan Nikos Dendiası qəbul edib

Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada səfərdə olan Yunanistan xarici işlər naziri Nikos Dendiası qəbul edib.

1622136
Prezident Rəcəb Tayyib Ərdoğan Nikos Dendiası qəbul edib

Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada səfərdə olan Yunanistan xarici işlər naziri Nikos Dendiası qəbul edib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu da görüşdə iştirak edib.

Çavuşoğlu və Dendiasin daha sonra təkbətək görüşü baş tutacaq.

Görüşdə Şərqi Aralıq dənizi, qaçqın böhranı, Kıbrıs (Kipr) və Egeydəki problemlər başda olmaqla iki ölkə arasındakı mövzular müzakirə ediləcək.

Görüşdən sonra Çavuşoğlu və Dendias birgə mətbuat konfransı təşkil edəcəklər.

Qonaq nazir Beştepedəki iftar yeməyində iştirak edəcək.



Әlaqәli Xәbәrlәr