"Türkiyənin SİHA-sında Kanadadan hər hansı parça yoxdur", M.Varank

Sosial media hesabından Mustafa Varank sözügedən mövzu ilə bağlı yazıb...

1620651
"Türkiyənin SİHA-sında Kanadadan hər hansı parça yoxdur", M.Varank

 

  Türkiyənin sənaye naziri Mustafa Varank "Türkiyənin Kanadadan idxal etdiyi hər hansı bir SİHA (silahlı pilotsuz uçan aparat) parçası yoxdur" şərhini verdi.

  Sosial media hesabından Mustafa Varank sözügedən mövzu ilə bağlı yazıb: ''Türkiyənin Kanadadan idxal etdiyi hər hansı bir SİHA parçası yoxdur. SİHA-lara faydalı yük olaraq birləşdirilən kameraları var idi, onu da artıq ASELSAN (Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı) istehsal edir''.

  Xatırladaq ki, ​Kanada Türkiyəyə SİHA-larda istifadə edilən texnoloji məhsulların ixrac icazələrini ləğv etdiyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr