“Rusiyanın bu qərarının arxasında siyasi səbəb yoxdur", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırması ilə bağlı qərarın arxasında siyasi səbəb olmadığını söyləyib.

1620859

Paytaxt Ankarada jurnalistlərə açıqlama verən Çavuşoğlu Ankara-Moskva xəttində əməkdaşlıq danışıqlarının başladığını bildirərək, uçuşların məhdudlaşdırılması qərarında siyasi bir əsas görmədiklərini və bunun yalnız sağlamlıq səbəbi ilə qəbul edilən qərar olduğunu vurğulayıb.

Almaniya ilə (turizm) keçən il edilən əməkdaşlığı Rusiya ilə də etmək istədiklərini qarşı tərəfə bildirdiklərini qeyd edən Çavuşoğlu bu çərçivədə Rusiyadan bir heyətin sağlıq tətbiqlərini yerində görmək üçün Türkiyəyə gələcəyini bildirib.

Әlaqәli Xәbәrlәr