Türkiyə İndoneziyaya başsağlığı verib

Xarici İşlər Nazirliyinin açıqlamasında İndoneziyanın Şərqi Cava əyalətinin Malang şəhəri yaxınlığında baş verən zəlzələ nəticəsində 8 nəfərin həlak olmasına görə başsağlığı verilib.

1619179
Türkiyə İndoneziyaya başsağlığı verib

Xarici İşlər Nazirliyinin açıqlamasında İndoneziyanın Şərqi Cava əyalətinin Malang şəhəri yaxınlığında baş verən zəlzələ nəticəsində 8 nəfərin həlak olması, bir çox insanın yaralanmasının və zəlzələnin ciddi ziyan vurmasının dərin kədərlə öyrənildiyi bildirilib. 
Açıqlamada "Həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına və qardaş İndoneziya xalqına və hökumətinə başsağlığı diləyir, yaralılara təcili şəfa diləklərimizi çatdırırıq" deyilib.

Qeyd edək ki, Amerika Geoloji Tədqiqat Mərkəzi (USGS) 6 bal gücündə zəlzələnin episentrinin Gongdanglegi Kulondan 44 kilometr cənub-qərbdə olduğunu açıqlamışdı.



Әlaqәli Xәbәrlәr