“Liviya və Türkiyəni birləşdirən ortaq maraqlar qorunacaq”, M.Mənfi

Türkiyənin Liviya səfiri Kənan Yılmaz Liviya Hökumət Şurasının sədri Məhəmməd əl-Mənfi tərəfindən paytaxt Trablusdakı dövlət qonaq sarayında mərasimlə qəbul edilib

1618754
“Liviya və Türkiyəni birləşdirən ortaq maraqlar qorunacaq”, M.Mənfi

 

  Liviya Hökumət Şurasının sədri Məhəmməd əl-Mənfi ölkəsi ilə Türkiyəni birləşdirən ortaq maraqların Hökumət Şurası və Milli Birlik Hökuməti dövründə də qorunacağını vurğulayıb.

  Türkiyənin Liviya səfiri Kənan Yılmaz Liviya Hökumət Şurasının sədri Məhəmməd əl-Mənfi tərəfindən paytaxt Trablusdakı dövlət qonaq sarayında mərasimlə qəbul edilib.

  Liviyalı başçıya güvən məktubunu təqdim edən Türkiyə səfiri ilə görüşdən sonra Məhəmməd əl-Mənfi verdiyi şərhdə Liviya-Türkiyə əlaqələrinin dərinliyinə, qardaşlıq bağlarına və iki ölkə arasındakı yaxın dostluq və əməkdaşlığa işarə edərək deyib: "Liviya ilə Türkiyəni birləşdirən ortaq maraqlar yaxınlarda hakimiyyəti idarə edəcək koalisiya hökuməti dövründə də qorunacaq.

  Türkiyə şirkətlərinin ölkədəki böhranla bağlı dayandırılan fəaliyyətinin yenidən bərpa olunması və layihələrinin həyata keçməsini istəyirik”.

  Türkiyənin Liviya səfiri Kənan Yılmaz Məhəmməd əl-Mənfiyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və Liviya xalqı üçün sülh, inkişaf və rifah diləklərini çatdıraraq deyib: “Türkiyə keçmişdə də, indi də Liviyanın təhlükəsizlik və sabitliyə qovuşmasını, Hökumət Şurası və Milli Birlik Hökumətinin işlərinə dəstəyini ifadə edir”.

  Qeyd edək ki, aprelin 11-də Liviya hökumət heyəti iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək və müqavilələr imzalamaq üçün Türkiyəyə 2 günlük rəsmi səfərə gələcək. Heyətin tərkibində Liviyanın baş naziri Əbdülhəmid Dibeybe və bir sıra nazirlər də olacaq.

  Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının başçılığı ilə 2021-ci ilin 5 fevralında İsveçrədə toplanan Liviya Siyasi Dialoq Forumu üzvlərinin səs verməsi nəticəsində ölkədə 24 dekabrda keçirilməsi planlaşdırılan seçkilərə qədər Hökumət Şurasının sədri Məhəmməd əl-Mənfi, baş nazir isə Əbdülhəmid Dibeybe seçilib.



Әlaqәli Xәbәrlәr