"Həmişə bunu gözlədik: Türkiyə nə vaxt gələcək? E.Tatar

Türkiyənin ictimai telekanalı TRT1-də “Gündem Ötesi” proqramına qonaq olan Qıbrız prezidenti türklərin keçmişdə çox ağrılar çəkdiyini xatırladarq deyib...

1618942
"Həmişə bunu gözlədik: Türkiyə nə vaxt gələcək? E.Tatar

  Şimal Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Türkiyənin də dəstəyi ilə Qıbrız (Kıprıs) iqtisadiyyatının inkişafa davam etdiyini və 100-dən çox ölkə ilə ticarət əlaqələri qurulduğunu söylədi.

  Türkiyənin ictimai telekanalı TRT1-də “Gündem Ötesi” proqramına qonaq olan Qıbrız prezidenti türklərin keçmişdə çox ağrılar çəkdiyini xatırladarq deyib: "Həmişə bunu gözlədik: Türkiyə nə vaxt gələcək? Türkiyə ordusu nə vaxt Kiprə ayaq basacaq? Nə xoşbəxtik ki, 1974-cü ildə Türkiyə ordusu bura gələ bildi və Kipr türkləri gerçək mənada o zaman azadlığına və müstəqilliyinə qovuşdu. Qıbrız türkləri 1974-cü ildən həyata döndü və yaşayışını təyin etdi.

  Qıbrız Sülh Hərəkatı ilə bağlanılan Maraşın 46 il sonra bir qismi açılınca bölgəyə bura qədər 130 mindən çox adam gəldi. Buranı yunanlara qaytarmaq fikrimiz yoxdur. Artıq Qıbrız başqa bir mərhələdədir. Bölgədəki tarazlıqlar çox dəyişib. Daşınmaz Əmlak Komissiyasının vasitəçiliyi ilə Maraşın tam açılma müddəti davam edir.   

  Kipr türklərinə tətbiq olunan embarqoların qaldırılmasına hər zaman yunan tərəfi mane olmağa çalışır. Yəni bizim insanların dünya ilə təmas qurmamaları üçün bütün vaxt fəaliyyətdədirlər. Bir idman tədbiri oldumu, dərhal Rum (Cənubi Kipr) səfiri gedib şikayət edir.

  Yunanların bütün maneələrinə baxmayaraq, Türkiyənin də dəstəyi ilə Qıbrızın iqtisadiyyatı inkişafa davam edir və biz 100-dən çox ölkə ilə ticarət əlaqələri qurmuşuq”.

Әlaqәli Xәbәrlәr