Milli Müdafiә Nazirliyi Hulusi Akarın İngiltәrәdә keçirdiyi görüşlәrlә bağlı mәlumat yayıb

Türkiyәnin milli müdafiә naziri Hulusi Akarın İngiltәrәyә etdiyi sәfәr zamanı NATO, Әfqanıstan, Şәrqi Aralıq dәnizi vә Qaradәnizdәki proseslәr, ikitәrәfli vә regional mövzülar әtrafında fikir mübadilәsi aparılıb.

1618344

Milli Müdafiә Nazirliyindәn verilәn bәyanatda milli müdafiә naziri Hulusi Akarın 7-9 aprel tarixlәrindә İngiltәrә müdafiә naziri Ben Vallasın dәvәti ilә bu ölkәyә rәsmi sәfәr etdiyi bildirilib.

Sәfәr çәrçivәsindә başda NATO, Әfqanıstan, Şәrqi Aralıq dәnizi vә Qaradәnizdәki proseslәr olmaqla ikitәrәfli vә regional mәsәlәlәr әtrafında fikir mübadilәsinin aparıldığı vurğulanıb.

Bәyanatda deyilir: ‘‘Nazirlәr müdafiә sәnayesindә әmәkdaşlığı güclәndirmәk üçün atıla bilәcәk addımları qiymәtlәndirib’’.

Bәyanatda hәmçinin milli müdafiә naziri Hulusi Akarın görüşlәrdә İngiltәrәnin  FETÖ terror tәşkilatının hәlә dә fәal olduğu ölkәlәrdәn biri olduğunu ifadә etdiyi bildirilib. Hulusi Akarın  İngiltәrәnin FETÖ ilә mübarizәdә Türkiyәyә dәstәk vermәsinin vә konkret addımlar atmasısının vacibliyini vurğuladığı qeyd olunub.

Әlaqәli Xәbәrlәr