Türkiyə Hindistandakı terror hücumunu qınadı

Xarici İşlər Nazirliyi mövzuyla bağlı açıqlama verib.

1614604
Türkiyə Hindistandakı terror hücumunu qınadı

Türkiyə Hindistandakı terror hücumunu qınadı.

Xarici İşlər Nazirliyinin mövzuyla bağlı açıqlamasında bildirilib ki, Hindistanın Çhattisqarx əyalətində təhlükəsizlik qüvvələrinə istiqamətli terror aktı nəticəsində xeyli sayda hərbçinin həyatını itirdiyi və yaralandığı kədərlə öyrənilmişdir. Hücumda həyatını itirənlərin yaxınlarına başsağlığı verir və yaralananlara təcili şəfa diləyirik. Bu terror aktını qınayır, Hindistan hökuməti və xalqının kədərini bölüşür, səmimi qəlbən başsağlığı veririk.

Xatırladaq ki, Çhattisqarx Polis Bölməsinin müdiri Aşok Juneja srağa gün (3 aprel) Bijapur şəhərində təhlükəsizlik qüvvələrinin meşəlik sahədəki sığınacaq yerinə basqında Mao qruplaşması ilə toqquşma yarandığını bildirmişdi. 
Qarşıdurma əticəsində həyatını itirən əsgər sayının 22-yə yüksəldiyini ifadə edən Juneja, 32 əsgərin yaralandığını və 15 qiyamçının öldürüldüyünü söyləmişdi.



Әlaqәli Xәbәrlәr