Türkiyə hava limanlarında “Covid-19”a qarşı tətbiqlərə yenisi əlavə olundu

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dövlət Hava Meydanları İşlətməsi İdarəsi (DHMİ) yeni tip koronavirus (Covid-19) epidemiyasıyla mübarizə çərçivəsində tətbiq etdiyi təsirli tədbirlərə bir yenisini də əlavə etdi

1614404
Türkiyə hava limanlarında “Covid-19”a qarşı tətbiqlərə yenisi əlavə olundu

 

  Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dövlət Hava Meydanları İşlətməsi İdarəsi (DHMİ) yeni tip koronavirus (Covid-19) epidemiyasıyla mübarizə çərçivəsində tətbiq etdiyi təsirli tədbirlərə bir yenisini də əlavə etdi: hava limanlarında “x-rels” cihazlarından keçən sərnişin baqajları və hərəkətli pilləkənin (ekskvator) əl tutma bantlarını sterilizasiya edən cihazların istifadəsinə başlanıldı.

  Türkiyə Elm və Texnologiya Araşdırmaları Təşkilatının (TÜBİTAK) inkişaf etdirdiyi cihazlar DHMİ tərəfindən işlədilən hava lımanı terminallarının fiziki şərtləri və sərnişin-statistika məlumatları nəzərə alınaraq Ərzurum, Qaziantəp, Diyarbəkir, Hatay, Çanaqqala və Trabzonda xidmətə keçib. Bu hava limanlarında 20 tunel tipi və 27 ekskvator üçün ultrabənövşəyi sterilizasiya cihazları qurulub.

  Epidemiya ilə mübarizə çərçivəsində beynəlxalq hava limanlarında tətbiqlərdən biri olan bu cihazların testləri TÜBİTAK, Mərmərə Araşdırma Mərkəzi və Kayseri Erciyes Universiteti laboratoriyalarında edilib.



Әlaqәli Xәbәrlәr