Türkiyə peyvəndi Ümumdünya Səhiyyə Təşkilatının siyahısına daxil edildi

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank sözügedən mövzu ilə bağlı deyib...

1611987
Türkiyə peyvəndi Ümumdünya Səhiyyə Təşkilatının siyahısına daxil edildi

 

  Türkiyədə işləri sürən virus bənzəri parçacıqlara söykənmə əsaslı peyvənd çalışması (VLP) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) siyahısına daxil olmağı bacardı.  

  Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Türkiyə Elmi və Texnologiya Araşdırmaları Təşkilatı - TÜBİTAK “Covid-19” Türkiyə Platforması damı altında işləri sürən və ən yeni peyvənd üsullarından biri kimi qəbul edilən VLP peyvənd çalışmasının insanlar üzərində testlərə düşən 4-cü peyvənd nümunəsi olaraq ÜST-ün siyahısına düşdüyünü açıqlayıb.

  Sosial media hesabından Ankara Onkologiya Xəstəxanasında Birinci Mərhələ çalışmaları zamanı çəkilən, TÜBİTAK-ın rəhbəri, professor Həsən Mandalın da aralarında olduğu alimlərin fotoşəklini paylaşaraq yazıb: “VLP əsaslı peyvəndlər ən yeni üsuldur. Müxtəlif sahələrdə istifadə edilən bu peyvəndlər zülal əsaslı olduqları üçün təsir potensialları yüksəkdir. VLP tipli peyvəndlərdə inkişaf etdirilən virus bənzəri parçacıqlar virusu infeksiyaya çevirmədən təqlid edir. Bu parçacıqlar immunitet reaksiyası oyandıraraq xəstəliyə səbəb olmur”.



Әlaqәli Xәbәrlәr