Tacikistanda sәfәrdә olan Mövlud Çavuşoğlu hәmkarları ilә ikitәrәfli görüşlәr keçirib

Tacikistanda sәfәrdә olan Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Hindistan xarici işlәr naziri Subrahmanyam Jaishankar, Әfqanıstan xarici işlәr naziri Hanif Amar vә Azәrbaycanın xarici işlәr naziri Ceyhun Bayramovla ayrı-ayrılıqda görüş keçirib.

1610888

İkitәrәfli münasibәtlәri müzakirә etmәk vә ‘‘Asiyanın qәlbi İstanbul prosesi’’nin 9-cu nazirlәr konfransına qatılmaq üçün Tacikistana sәfәr edәn Mövlud Çavuşoğlu burada bәzi hәmkarları ilә görüşüb.

Rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edәn Mövlud Çavuşoğlu  Hindistan xarici işlәr naziri ilә ikitәrәfli münasibәtlәr vә regional proseslәri müzakirә etdiklәrini  ifadә edәrәk ‘‘İqtisadiyyat vә ticarәt başda olmaqla münasibәtlәrimizi inkişaf etdirәcәyik’’ deyib.

Әfqanıstan xarici işlәr naziri ilә dә Әfqanıstandakı sülh prosesini qiymәtlәndirdiklәrini vә İstanbulda keçirilәcәk toplantının hazırlıqlarını müzakirә etdiklәrini ifadә edәn Mövlud Çavuşoğlu deyib: ‘‘Әfqanıstanda şülhün vә sabitliyin tәmin olunması üçün göstәrilәn sәylәri dәstәklәmәyә davam edәcәyik’’.
Azәrbaycan xarici işlәr naziri Ceyhun Bayramovla keçirdiyi görüşlә bağlı da paylaşım edәn Mövlud Çavuşoğlu  deyib: ‘‘Güclü әmәkdaşlığımız hәr sahәdә davam edәcәk’’.

Әlaqәli Xәbәrlәr