Şırnak və Siirt vilayətləri ərazilərində "Eren-12 Güleşli" əməliyyatı keçirilir

Türkiyənin Şırnak və Siirt vilayətləri ərazilərində  "Eren-12 Güleşli" əməliyyatı başlayıb.

1611115
Şırnak və Siirt vilayətləri ərazilərində "Eren-12 Güleşli" əməliyyatı keçirilir

"Eren-5" əməliyyatı çərçivəsində Mardində terror təşkilatı PKK üzvü 5 terrorçu zərərsizləşdirilib.

Bununla bağlı daxili işlər naziri Süleyman Soylu sosial media hesabında yazıb.
Nazirliyin əməliyyatla bağlı verdiyi açıqlamada əməliyyatın bölgədə davam etdiyi bildirilib.

Daxili İşlər Nazirliyinin bəyanatına görə, bölücü terror təşkilatı PKK-nı ölkənin gündəmindən tamamilə çıxarmaq və bölgədə olduğu düşünülən terrorçuları zərərsizləşdirmək məqsədilə Şırnak və Siirtdə "Eren-12 Güleşli" əməliyyatı başlayıb. 

Əməliyyatda Şırnak Jandarma Bölgə Komandanlığı rəhbərliyi və nəzarətində, jandarma komando, jandarma xüsusi hərəkat (JÖH), polis xüsusi hərəkatı (PÖH) və təhlükəsizlik işçiləri qruplarından 1317 personal və 83 əməliyyat qrupu vəzifə icra edir.

Digər tərəfdən, sərhəddən kənarda keçirilən əməliyyatlar çərçivəsində Suriyada "Fərat qalxanı" bölgəsinə sızmağa cəhd göstərən 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr