“Asiyanın Ürəyi-İstanbul Prosesi”nin növbəti nazirlər yığıncağı keçirilib

Əfqanıstanda siyasi həll üçün hərtərəfli atəşkəsə zərurət var, bunu Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

1611256
“Asiyanın Ürəyi-İstanbul Prosesi”nin növbəti nazirlər yığıncağı keçirilib

Xarici işlər naziri M.Çavuşoğlu, Tacikistan və Əfqanıstanın həmsədrliyi ilə Düşənbədə keçirilən “Asiyanın Ürəyi-İstanbul Prosesi” üzrə 9-cu Nazirlər Konfransında çıxış edib. Əfqanıstanın təhlükəsizliyinin, sabitliyinin və çiçəklənməsinin hər kəs üçün əhəmiyyət daşıdığına işarə edən Çavuşoğlu, “Asiyanın Ürəyi-İstanbul Prosesinin” 10 il əvvəl Türkiyədə başladıldığını xatırladıb və bunun hələ də Əfqanıstandakı ən əhatəli platforma olduğunu, regiondakı problemlərin yalnız regional əməkdaşlıq ruhu ilə həll edilə biləcəyini qeyd edib. Keçən il Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Taliban arasında Dohada imzalanan razılaşmanın Əfqanıstandakı sülh prosesində mühüm bir mərhələ hesab edildiyinə, lakin ölkədə şiddətin hələ də davam etdiyinə diqqət çəkib. Problemə siyasi həll yolu tapmaq üçün hərtərəfli atəşkəsə zərurət olduğunu, sülh prosesinə hər kəsin dəstək verməsinin vacib olduğunu bildirib və Əfqanıstan tərəfinin istəklərini nəzərə alaraq Doha görüşməsini tamamlamaq üçün Türkiyənin ev sahibliyində yüksək səviyyəli toplantı keçiriləcəyini, bu tədbirin sülh yolunda atılan addımlara töhfə verəcəyinə inandığını, Türkiyənin qardaş Əfqanıstanda sülh və sabitliyin bərpası məqsədiylə “Asiyanın Ürəyi-İstanbul Prosesi” başda olmaqla bütün platformalarda iştirak edərək lazımlı addımları atmaqda davam edəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr