Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (24 mart)

Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 146 ölüm faktı qeydə alınıb.

1607868
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (24 mart)

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 146  ölüm faktı qeydə alınıb. Belәliklә ölkәdә virusdan hәyatını itirәnlәrin ümumi sayı 30 min 462 nәfәrә çatıb.

Ölkədə gün ərzində 221 min 738 nəfər testdən keçirilib. Onlardan 29 min 762 nəfərdə virus əlaməti aşkarlanıb, 1142 nəfər müalicəyə cəlb olunub. 

Müalicəsi tamamlanan 17 min 761 nəfərlə, sağalanların sayı 2 milyon 881 min 643 nəfərə yüksəlib.

Qeyd edәk ki, Türkiyә epidemiyaya qarşı mübarizәsini qәtiyyәtlә davam etdirir.

Türkiyәnin sәhiyyә naziri Fәxrәddin Koca deyib: ‘‘Keçәn hәftә ölkәmizә sınaq aparmaq mәqsәdilә 5 min 800 doza BioNTech peyvәndi göndәrildi. Dünәn isә tәxminәn 750 min doza peyvәnd tәhvil aldıq’’.

Nazir Fәxrәddin Koca sınaqdan keçirilәn peyvәndin gәlәn hәftәdәn etibarәn vәtәndaşlara tәtbiq edilәcәyini deyib.

 

 


Etiketlәr: #Koronavirus , #Türkiyə

Әlaqәli Xәbәrlәr