Türkiyənin “Sıfır tullantı” layihəsi BMT-dən mükafat aldı

Türkiyənin icra etdiyi “Sıfır tullantı” layihəsi Birləşmiş Millətlər Təşkilatından mükafat aldı

1606876
Türkiyənin “Sıfır tullantı” layihəsi BMT-dən mükafat aldı

 

  Türkiyənin icra etdiyi “Sıfır tullantı” layihəsi Birləşmiş Millətlər Təşkilatından mükafat aldı.

  Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murad Kurum “twitter”dən etdiyi paylaşmada sözügedən mövzu ilə bağlı yazıb: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı hörmətli Əminə Ərdoğan xanım-əfəndinin himayəsi ilə həyata keçirdiyimiz və cəmiyyətimizin bütün üzvləri tərəfindən mənimsənilən “Sıfır tullantı” layihəmiz beynəlxalq arenada təqdir olunaraq BMT İnkişaf Proqramının “Davamlı inkişaf məqsədləri fəaliyyət mükafatı”na layiq görüldü.

  Gələcək nəsillərə yaşana biləcək bir dünya bağışlamaq üçün “”Sıfır tullantı” layihəmizin müvəffəqiyyətlə həyata keçməsində qiymətli töhfələrinə görə başda hörmətli Əminə Ərdoğan xanım-əfəndi olmaqla təmiz ətraf mühit üçün əl-ələ verən xalqımıza təşəkkürlərimi bildirirəm."



Әlaqәli Xәbәrlәr