"Dünyadakı bütün terror təşkilatlarıyla mübarizəmiz davam edəcək", M.Çavuşoğlu

Şimali Atlantika Müqaviləsi Təşkilatı - NATO ölkələrinin xarici işlər nazirləri bir ildən çox müddətdən sonra ilk dəfə üz-üzə yığıncaq üçün Belçikanın paytaxtı Brüsseldə bir araya gəldilər

1607041
"Dünyadakı bütün terror təşkilatlarıyla mübarizəmiz davam edəcək", M.Çavuşoğlu

 

  Şimali Atlantika Müqaviləsi Təşkilatı - NATO ölkələrinin xarici işlər nazirləri bir ildən çox müddətdən sonra ilk dəfə üz-üzə yığıncaq üçün Belçikanın paytaxtı Brüsseldə bir araya gəldilər.

  Toplantıda Türkiyəni təmsil edən xarici işlər naziri Mövlud Çavuşoğlu terror təşkilatlarıyla mübarizədən danışıb. Daha sonra sosial media üzərindən məlumat paylaşan Çavuşoğlu deyib: “Türkiyə Əfqanıstanda sülh üçün yüksək səviyyədə yığıncağa ev sahibliyi edəcək. Liviyada da sabitliyin təsisi üçün Türkiyənin dəstəyi sürəcək. PKK/YPG İraq və Suriyaya hələ də təhdiddir. Bütün bu terror təşkilatlarıyla mübarizəmiz davam edəcək."

  Qeyd edək ki, Brüsseldə iki günlük NATO Zirvə Toplantısının gündəm mövzuları bunlardır:

  • Baş katib Yens Stoltenberq (Jens Stoltenberg) NATO-nun gələcəyi haqqında hazırladığı “NATO-2030” məruzəsinin təqdimatı, bunun ətrafında fikir mübadiləsi;
  • Nazirlərin NATO-nun Əfqanıstandakı hərbi varlığı və Əfqanıstan sülh prosesi ilə bağlı müşavirələrdə iştirakı;
  • NATO-nun Orta Şərq və Şimali Afrikaya yanaşması və təşkilatın bu bölgələrdə sabitlik üçün nələr edə biləcəyi.

  NATO Xarici işlər Nazirləri Yığıncağının ikinci günündə isə Y.Stoltenberqin sözlərilə görə, müstəvidə Rusiya məsələsi, yəni Rusiya hökumətinin ölkədə müxaliflərə təzyiq göstərməsi, siber hücumlarla NATO ölkələrində seçkilərə müdaxilə etməsi, demokratiyaları baltalamağa çalışması və ümumiyyətlə, təcavüzkar mövqe tutması olacaq.



Әlaqәli Xәbәrlәr