Türkiyədən Avropa İttifaqına təhvil verilən terrorçu sayı

Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə...

1605370
Türkiyədən Avropa İttifaqına təhvil verilən terrorçu sayı

 

  2019-cu ildən bəri 67 ölkənin vətəndaşı olan 2764 xarici terrorçu Türkiyə sərhədindən çıxarılıb.

  Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, PKK/PYD və DAEŞ terror təşkilatlarına qatılmaq üçün ölkələrindən gələn xaricilərin təhvil verilməsi işləri davam edir.

  Türkiyənin ölkə içi və sərhəd kənarında təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyəti çərçivəsində 2019-cu ildə 1595, 2020-ci ildə 1019, 2021-ci ilin 2,5 aylıq dövründə 150 olmaq ümumilikdə 67 vətəndaşlıqdan 2764 xarici terrorçu tutularaq ölkələrinə verilib.

  Sərhədxarici edilən terrorçular əsasən Avropa İttifaqı ölkələrinə məxsusdur. Belə ki, 2019-cu ildə 11 Aİ ölkəsindən 117, 2020-ci ildə 8 Aİ ölkəsindən 95 və 2021-ci ilin 2,5 aylıq dövründə 3 Aİ ölkəsindən 12 xarici terrorçu Türkiyədə yaxalanıb.

  Türkiyədən Aİ ölkələrinə qaytarılan terrorçuların sayı bu günə qədər 224-dür.

  Son 3 ildə ölkəsinə təhvil verilən Aİ vətəndaşlıqlı terrorçuların 66-sı Fransa, 57-si Almaniya, 22-si Hollandiya, 14-ü İsveç və 7-si İsveçrə vətəndaşı çıxıb.



Әlaqәli Xәbәrlәr