YPG/PKK tərəfindən atıldığı düşünülən raket Kilis şəhərinə düşüb

Suriyada YPG/PKK-nın işğalı altında olan Tel-Rıfat bölgəsindən atıldığı düşünülən iki raket Türkiyənin Kilis vilayəti ərazilərinə düşüb.

1604167

Milli Müdafiə Nazirliyi hadisə nəticəsində insan tələfatı qeydə alınmadığını və xəsarət alan olmadığını açıqlayıb. Raketlər boş əraziyə düşdüyündən hər hansı ziyan da vurmayıb.

Nazirlik ayrıca, Rusiya Federasiyasına atəşin dayandırılması üçün bildiriş göndərildiyini, müəyyən edilən hədəflərin atəş altına alındığını və bölgədəki əsgərlərə xəbərdarlıq edildiyini də bildirib.

Səlahiyyətlilər raketlərin bölücü terror təşkilatı YPG/PKK-nın işğal etdiyi Tel-Rıfat bölgəsindən atıldığının düşünüldüyünü bildiriblər.

Әlaqәli Xәbәrlәr