"Bütün dost və müttəfiqlərdən güclü mövqe, ortaq iradə nümayiş etdirmələrini gözləyirik", H.Akar

Milli müdafiə naziri Hulusi Akar 18 mart Şəhidlərini anım günü və Çanaqqala Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunmuş mərasimdə çıxış edib.

1604332
"Bütün dost və müttəfiqlərdən güclü mövqe, ortaq iradə nümayiş etdirmələrini gözləyirik", H.Akar

"Bütün dost və müttəfiqlərdən humanitar dəyərləri müdafiə edən hər kəsdən terrora qarşı güclü bir mövqe və ortaq iradə nümayiş etdirmələrini gözləyirik".

Bunu milli müdafiə naziri Hulusi Akar 18 mart Şəhidlərini anım günü və Çanaqqala Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunmuş mərasimdə deyib.

Nazir Akar çıxışında deyibk ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) bölücü terror təşkilatı YPG-yə DEAŞ-la mübarizə bəhanəsi ilə dəstək verməsini doğru hesab etmirik. Çünki PKK YPG-yə bərabərdir. Onların bir-birlərindən heç bir fərqi yoxdur. Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamına uyğun olaraq, Suriya və İraqın şimalında və Şərqi Aralıq dənizində əsil Türk millətinin hüquqlarını, maraqlarını və mənafelərini qoruyuruq. Biz eyni zamanda yeddi iqlimdəki üç qitəyə sülhü, əmin-amanlığı, nəcabəti və sabitliyi aparan əcdadlarımızdan aldığımız ilhamla başda Azərbaycan və Liviya olmaqla könül coğrafiyamızda dost, müttəfiq, qardaş millətlərlə tapdalanan bütün insani dəyərlər üçün də mübarizə aparırıq.

Hulusi Akar çıxışında bunu da deyib ki,  Egey, Şərqi Aralıq dənizi və Kıbrısdakı (Kipr) problemlərin də dialoq yolu ilə həll edilməli olduğuna ürəkdən inanırıq və bunun üçün çox səy göstəririk. Yunanıstanın provokasiya məqsədi ilə keçirdiyi təlimlər, müqavilələri pozaraq hərbi olmayan statusa malik adaları silahlandırması, bu adaları xarici hərbi gəmilərə açması, beynəlxalq hüquqa, Egey və Şərqi Aralıq dənizindəki əsassız tələbləri təbii olaraq gərginliyi artırır.  Təxribat xarakterli hərəkətlər və təhdidlər heç vaxt qəbul edilə bilməz. Belə bir üslub problemlərin həllinə heç bir şəkildə kömək edə bilməz. Hamı bilməlidir ki, onlarla bir yerə çatmaq qeyri-mümkündür.



Әlaqәli Xәbәrlәr