Süleyman Soylu: “26 terror aktının qarşısını aldıq”

2021-ci ilin ilk ayından bu günə dək terror təşkilatlarının həyata keçirməyi planlaşdırdıqları 26 terror aktının qarşısını aldıq. Bunu Daxili İşlər Naziri Süleyman Soylu deyib.

1603779
Süleyman Soylu: “26 terror aktının qarşısını aldıq”

Süleyman Soylu 18 Mart Şəhidləri Anma Günü və Çanaqqala Zəfərinin 106-cı ildönümü münasibətilə paytaxt Ankarada təşkil edilən tədbirdə çıxış edib.

Daxili işlər naziri Soylu çıxışında: “40 ildir mübarizə etdiyimiz terror təşkilatı PKK-nın tarixinin ən çox dəstək aldığı dövrü yaşamasına baxmayaraq endirdiyimiz zərbələr nəticəsində ölkə daxilindəki üzv sayı 300-ə qədər azalıb”.

Təslim olan terrorçu sayının təşkilata qatılanların sayından 5 dəfə çox olduğunu ifadə edən Nazir Soylu, 2021-ci ilin ilk ayından bəri davam edən əməliyyatlar nəticəsində PKK üzvü 121 terrorçunun zərərsizləşdirildiyini, planlaşdırılan 26 terror aktının qarşısının alındığını sözlərinə əlavə edib.

 



Әlaqәli Xәbәrlәr