"Çanaqqala Zəfərinin nəticələri Türkiyə və dünya tarixinin axarını dəyişdirdi",H.Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar 18 Mart Şəhidlərinin Xatirə Günü və Çanaqqala Dəniz Zəfərinin 106-cı ildönümü münasibətilə ürək sözlərini paylaşaraq bildirib...

1603335
"Çanaqqala Zəfərinin nəticələri Türkiyə və dünya tarixinin axarını dəyişdirdi",H.Akar

 

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar 18 Mart Şəhidlərinin Xatirə Günü və Çanaqqala Dəniz Zəfərinin 106-cı ildönümü münasibətilə ürək sözlərini paylaşaraq bildirib: "Dünən Vətənimizi işğal etmək istəyənlər qarşısında qanının son damlasına qədər vuruşan əsgərlərimiz bu gün də eyni ruhla hər cür təhdid və təhlükəyə qarşı əzm və möhkəm dayanaraq mübarizəsini davam etdirməkdədir.

  Türkiyə Cümhuriyyətinin qurucusu qazi Mustafa Kamal Atatürkün böyük sərkərdə kimi tarix səhnəsinə çıxmasının səbəbi olan Çanaqqala Zəfərinin nəticələri Türkiyə və dünya tarixinin axarını dəyişdirdi, türk millətinə gələcəyini qurma iradəsi və özünəinam hissini qazandırdı”.



Әlaqәli Xәbәrlәr