“Akıncı Prototip 2” pilotsuz uçan aparatı testdən uğurlu çıxdı

“Baykar”ın “twitter” hesabından paylaşmada yazılır...

1600828
“Akıncı Prototip 2” pilotsuz uçan aparatı testdən uğurlu çıxdı

 

  “Akıncı Prototip 2” pilotsuz uçan aparatı (PUA) “İnkişaf etmiş sistem təyinetməsi testi”ni müvəffəqiyyətlə icra etdi.

  “Baykar”ın “twitter” hesabından paylaşmada yazılır: "Bayraktar #AKINCI TİHA uçmağa davam edir. 13 martda #AKINCI PT-2 ilə “İnkişaf etmiş sistem təyinetməsi testi”ni müvəffəqiyyətlə tamamladıq. Uğurlu olan hər test #AKINCI-nı yeni vəzifələrə daha bir addım yaxınlaşdırır. Səmalarımızda azad və hürrük”.

  “Baykar”ın texniki direktoru Səlcuq Bayraqdar isə “twitter” hesabından “Akıncı PT-2”nin yeni test video-görüntülərini: “Yeni bir səhər... Yenə bir test uçuşu... #AKINCI PT-2. O bəlkə öyrəşdi, amma bizdə həyəcan, adrenalin, stress hələ də ilk günkü kimidir... Səmalarımızda hürr və azad...” sözlərini #MilliTeknolojiHamlesi" haştağı ilə paylaşıb.



Әlaqәli Xәbәrlәr