Mövlud Çavuşoğlu qətərli və rusiyalı həmkarları ilə görüşüb

Türkiyə Suriyanın ərazi bütövlüyünü müdafiə və dinç sakinləri qorumağa, terror təşkilatlarına qarşı mübarizəyə davam edəcək. Bunu Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

1599392
Mövlud Çavuşoğlu qətərli və rusiyalı həmkarları ilə görüşüb

Mövlud Çavuşoğlu Qətərin paytaxtı Dohada keçirilən Türkiyə-Rusiya-Qətər Xarici İşlər Nazirləri Yığıncağından sonra açıqlama verib.

Suriyada yaşananlarla əlaqədar olaraq Rusiya və Qətər ilə üçtərəfli məsləhətləşmə prosesini başlatdıqlarını ifadə edən nazir məqsədlərinin Suriyada daimi həll yolu uğrunda edilən səylərə töhfə vermək olduğunu, bu çərçivədə səmərəli görüşlər keçirdiklərini və Suriyadakı humanitar vəziyyəti müzakirə etdiklərini bildirdi. Ölkə xaricində 6 milyon yarım Suriyalının yaşadığına və bunların 3,4 milyonunun Türkiyədə olduğuna diqqət çəkən Çavuşoğlu Türkiyənin terror təşkilatlarına qarşı mübarizəsinin davam edəcəyini və həmişə olduğu kimi Suriyanın ərazi bütövlüyünü müdafə edərək mülki insanları qoruyacağını vurğulayıb. 10 ildir Suriyadakı vəziyyətdən sui-istifadə edən terror təşkilatlarının olduğuna işarə edən Mövlud Çavuşoğlu, toplantıda Suriyanın sərhəd bütövlüyünə dəstəyin davam edəcəyinə təkid edildiyini, növbəti yığıncağın Türkiyədə keçirilməsi qərarına gəlindiyini sözlərinə əlavə edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə, "Türkiyə-Rusiya və Qətər Suriyada ayrı-seçkilik təşəbbüslərinə qarşı mübarizə aparmaq üçün razılıq əldə etdi" ifadələrini işlədib. 



Әlaqәli Xәbәrlәr