Hulusi Akar: "25 terrorçu zərərsizləşdirildi"

Hakurk və Qəndilə təşkil edilən hava əməliyyatında, biri dırnaqarası lider kadrından olmaqla 25 terrorçu zərərsizləşdirilib.

1598202
Hulusi Akar: "25 terrorçu zərərsizləşdirildi"

Hakurk və Qəndilə təşkil edilən hava əməliyyatında, biri dırnaqarası lider kadrından olmaqla 25 terrorçu zərərsizləşdirilib.

Bu barədə milli müdafiə naziri Hulusi Akar Rumıniyaya rəsmi səfərindən sonra verdiyi bəyanatda deyib.

Türk Silahlı Qüvvələrinin (TSQ) terrorla mübarizəni qətiyyətlə davam etdirdiyini ifadə edən Akar "Başda FETÖ, PKK/YPG, DEAŞ olmaqla ölkəmizin və nəcib millətimizin təhlükəsizliyinə yönəlmiş bütün təhdid və təhlükələrə qarşı əzmlə və qətiyyətlə mübarizəmizi davam etdiririk" deyə bildirib. 

Akar əməliyyatların fasiləsiz şəkildə ən son terrorçu məhv edilənədək davam edəcəyini dilə gətirərək deyib:

"Bu çərçivədə ən son Şimali İraqın Hakruk və Qəndil bölgələrində həyata keçirilən əməliyyatda biri dırnaqarası lider kadrından olmaqla 25 terrorçunun zərərsizləşdirildiyinə dair kəşfiyyat kanallarından məlumat aldıq. Terror təşkilatı PKK-nın Qəndil dağı daxil heç bir yerdə özünü rahat hiss etməyəcəyini söyləmişdik. Terrorçuların qaçmağa yerləri yoxdur. Ölkəmizin enerjisini tükədən terroru bitirməkdə, 83 milyon xalqımızı terror bəlasından xilas etməkdə qətiyyətliyik".



Әlaqәli Xәbәrlәr