Türkiyə Ekvatorial Qvineyaya başsağlığı verib

Türkiyə Ekvatorial Qvineyanın şimal-qərbindəki Bata şəhərində dörd güclü partlayış nəticəsində həlak olanlara görə bu ölkəyə başsağlığı verib.

1596990
Türkiyə Ekvatorial Qvineyaya başsağlığı verib

Türkiyə Ekvatorial Qvineyanın şimal-qərbindəki Bata şəhərində dörd güclü partlayış nəticəsində həlak olanlara görə bu ölkəyə başsağlığı verib.

Xarici İşlər Nazirliyinin açıqlamasında Ekvatorial Qvineyanın Bata şəhərində yerləşən hərbi bazanın silah-sursat anbarında martın 7-də baş verən partlayışda çox sayda insanın həlak olduğunun və yüzlərlə insanın yaralandığının dərin kədərlə öyrənildiyi bildirilib. 

Açıqlamada "Bu faciəli hadisə səbəbindən Ekvatorial Qvineyanın xalqı və hökumətinə başsağlığı, həyatını itirənlərin ailələri və yaxınlarına baş sağlığı və yaralılara şəfa diləyirik" ifadəsi yer alıb.

Ekvatorial Qvineya Səhiyyə naziri Quinea Salud 30 nəfərin öldüyü, 600 nəfərin yaralandığı, partlayışın təsirilə hərbi bazaya yaxın evin yıxıldığı və bir çox insanın dağıntılar altında qaldığına dair məlumat paylaşmışdı. 



Әlaqәli Xәbәrlәr