Prezident Ərdoğan: "Qadınların zorakılığa məruz qalmasına icazə verə bilmərik"

Prezident və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının paytaxt Ankarada keçirilən Qadınlar Şöbəsinin növbəti konqresində çıxış edib.

1597325
Prezident Ərdoğan: "Qadınların zorakılığa məruz qalmasına icazə verə bilmərik"

"Həyatın digər sahələrində olduğu kimi qadınları siyasətdə də kənarda qoyan yalnız insanlığın yarısına deyil, həm də  fitrətə də arxasını dönmüş olacaqdır".

Bunu Prezident və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının paytaxt Ankarada keçirilən Qadınlar Şöbəsinin növbəti konqresində etdiyi çıxışda deyib.
Həm Türkiyə Böyük Millət Məclisində (TBMM), həm də  dövlət sektorunda qadın işçilərin sayını hər sahədə sayını artırdıqlarını ifadən dövlət başçısı bildirib ki, TBMM-də qadınlara qarşı zorakılıq mövzusunda yeni bir komissiya quruldu. Əlimizdən gələni edəcəyik. (Qadınların) zorakılığa məruz qalmasına icazə verə bilmərik.

Prezident "Qadın hüquqları mövzusunda güya qabaqcıl ölkələrdəki qadınların öldürülməsinin ölkəmizdəkilərdən qatbaqat çox olduğu həqiqətini görməzdən gələrək Türkiyəni hədəf alanların dərdi millətimizin şəxsən özüdür" deyib. 

"Türkiyə və Türk milləti ilə olan olan hesablaşmalarına qadınları vasitə edənləri qeyd edəcəyik və hər fürsətdə əsl üzlərini ortaya qoyacağıq" deyə dövlət başçısı vurğulayıb. 

Ərdoğan yeni dövrdə prioritetlərindən birinin də ailə quruluşunu gücləndirmək olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr