Ərdoğan şəhid ailəsi ilə danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bitlisin Tatvan qəsəbəsindəki vertolyot qəzasında şəhid olan piyada çavuş Hakan Gülün Amasiyadakı ailəsi ilə telefonda danışıb

1596586
Ərdoğan şəhid ailəsi ilə danışdı

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bitlisin Tatvan qəsəbəsindəki vertolyot qəzasında şəhid olan piyada çavuş Hakan Gülün Amasiyadakı ailəsi ilə telefonda danışıb.

  Amasiya Valiliyindən verilən məlumata görə, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) İzmir üzrə millət vəkili Binəli Yıldırım şəhid piyada çavuş Hakan Gülün Amasiyanın Doğantəpə kəndindəki evinə ziyarətində ölkə başçısı Ərdoğana zəng edib.

  Şəhidin həyat yoldaşı Fadime Gül ilə danışan Ərdoğan ailəyə: "Başımız sağ olsun. Allah səbirlər versin. Şəhidimizin uşaqları bizə əmanətdir və biz üzərimizə düşəni, inşallah, yerinə yetirərik", - deyib.

  Gül Türkiyə prezidentinə təşəkkürünü bildirib.

  Amasiya valisi Mustafa Masatlı və AK Partiyanın Amasiya üzrə millət vəkili Levent Karahocagil də həmin anlarda şəhid ailəsində olub.  

  Xatırladaq ki, 5 martda Bingöldən Bitlisin Tatvan qəsəbəsinə uçan hərbi vertolyotun qəzaya uğraması nəticəsində 11 əsgər şəhid olub, ikisi yaralanıb.



Әlaqәli Xәbәrlәr