Türkiyə şəhidlərinə ağlayır

Türkiyə Bitlisdə helikopterin qəzaya düşməsi nəticəsində şəhid olan əsgərlərinə ağlayır...

1595402
Türkiyə şəhidlərinə ağlayır
Bitlis'te Askeri Helikopter Kaza Kırıma Uğradı.jpg

Türkiyə Bitlisdə helikopterin qəzaya düşməsi nəticəsində şəhid olan əsgərlərinə ağlayır... 

Qəzanın eşidildiyi ilk andan etibarən axtarış və xilasetmə işlərini yaxından təqib edən Prezident Rəcəb Tayyib Ərdoğan şəhidlərə rəhmət, ailələrinə və Türk Silahlı Qüvvələrinə (TSQ) başsağlığı diləyib.

Prezident şəhid general-leytenant (korgeneral) Osman Erbaşın ailəsi ilə də telefonla danışıb.

Ərdoğan sosial media hesablarında isə, "Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza təcili şəfa diləyirəm. Kədərli ailələrinin və əziz  millətimizin başı sağ olsun" mesajını paylaşıb.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop isə sosial media hesabında "Şəhid olan övladlarımıza Allahdan rəhmət, yaralı əsgərlərimizə də təcili şəfa diləyirəm. Millətimizin başı sağ olsun" deyib.

Vitse-prezident Fuad Oqtay da yaydığı başsağlığı mesajında "Şəhid olan qəhrəman əsgərlərimizin ağrısı ürəyimizi yandırdı. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza təcili şəfa diləyirəm. Əziz millətimizin başı sağ olsun" ifadələrindən istifadə edib.

Ədalət və İnkişaf Partiyası sözçüsü Ömer Çelik də sosial mediada etdiyi paylaşımda "Millətimizin və qəhrəman Silahlı Qüvvələrimizin başı sağ olsun. Şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik" deyib.

Ana müxalifət Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu da bir mesaj yayımlayaraq "Kədərli xəbər ürəyimizi dağladı. Şəhid əsgərlərimizə Allahdan rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirəm" deyib.

Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da yaydığı başsağlığı mesajında "Millətimizi acıı və kədərə qərq edən bu fəlakətli hasidədə şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət , yaralı qəhrəmanlarımıza şəfa diləyirəm. İnanırıq ki, bu çətin günlərin öhdəsindən birlik və qardaşlıq içində gələcəyik" ifadələrdən istifadə edib.

İYİ Partiyanın sədri Meral Akşener də "Şəhid olan qəhrəman övladlarımıza Allahdan rəhmət, yaralı əsgərlərimizə təcili şəfa diləyirəm" deyib.



Әlaqәli Xәbәrlәr