Türkiyə Ərəb Birliyinin qərarlarına sərt reaksiya verib

Rəsmi Ankara, Ərəb Birliyinin Xarici İşlər Nazirləri Şurası yığıncağında Türkiyə əleyhinə qəbul edilən qərarlara reaksiya verib.

1595646
Türkiyə Ərəb Birliyinin qərarlarına sərt reaksiya verib

Xarici İşlər Nazirliyi bu barədə açıqlama verib. Nazirliyin şərhində: “3 Mart 2021-ci il tarixində keçirilən Ərəb Birliyi Xarici İşlər Nazirləri Şurası iclasında ölkəmiz ilə əlaqəli qəbul edilən əsassız qərarları rədd edirik”. Qəbul edilən qərarların ərəb xalqları yanında qarşılığının olmadığına diqqət çəkilən açıqlamada: “Ərəb Birliyi üzvləri yaxşı bilirlər ki, Ərəb Birliyi ölkələrinin destruktiv fəaliyyətlərini ört-basdır etmək üçün ölkəmizə qarşı davam etdirməkdən imtina etmədikləri ittihamları dost və qardaş ərəb xalqları nəzdində etibar görməyəcək” Bəzi üzvlərin qəbul edilmiş qərarlara etiraz etdikləri ifadə edilən şərhdə: “ Birliyə üzv bəzi ölkələrin şəffaf danışıq prosesi aparmadan müxtəlif dairələrin təlqinləri nəticəsində qəbul edilən bu cür qərarlara müsbət yanaşmadıqları müşahidə olsa da, bəziləri də Türkiyənin prinsipial və qətiyyətli mövqeyi ilə yerləşdiyi bölgədə və dünyada təhlükəsizlik, sülh və sabitliyin qorunması uğrunda ən çox səy göstərən və vacib prioritetləri arasında ərəb ölkələrinin suverenliyi və ərazi bütövlüyünün qorunması olduğunu gözdən yayındırırlar. Bu ölkələri ölkəmizi əsassız ittihamlarla hədəf almaq əvəzinə Ərəb xalqının dincliyinə, sülh mühitində yaşamağına, rifahına üstünlük verməyə, bölgədə təhlükəsizlik və sabitliyin bərqərar olmasına konstruktiv töhfə verməyə dəvət edirik”, deyə- nazirliyin açıqlamasında vurğulanıb.



Әlaqәli Xәbәrlәr