Mustafa Şentop Ersan Sanerin rәhbәrlik etdiyi nümayәndә heyәti ilә görüşüb

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop Şimali Kıbrıs Türk Cümhuriyyәtinin Baş naziri Ersan Sanerin rәhbәrlik etdiyi nümayәndә heyәti ilә TBMM-dә görüşüb.

1594836
Mustafa Şentop Ersan Sanerin rәhbәrlik etdiyi nümayәndә heyәti ilә görüşüb

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop Şimali Kıbrıs Türk Cümhuriyyәtinin Baş naziri Ersan Sanerin rәhbәrlik etdiyi nümayәndә heyәti ilә TBMM-dә görüşüb.

Türkiyә Böyük Millәt Mәclisinin mәtbuat xidmәtindәn verilәn mәlumata әsasәn, Mustafa Şentop görüşdә Şimali Kıbrıs Türk Çümhuriyyәtinin Türkiyә üçün xüsusi yeri olduğunu dilә gәtirәrәk iki ölkә arasındakı әmәkdaşlığın hәr ötәn gün daha da güclәndiyini ifadә edib.

Türkiyә vә Şimali Kıbrıs Türk Cümhuriyyәtinin sahib olduğu әmәkdaşlıq vә hәmrәylik ruhu ilә bütün çәtinliklәrin öhdәsindә gәlә bilәcәk iradәyә vә gücә malik olduğunu qeyd edәn Şentop: ‘‘ Yeni növ koronavirus epidemiyasının bütün dünyaya mәnfi tәsir göstәrdiyi bu dövrdә Kıbrısdakı türk qardaşlarımıza lazımi dәstәyi verә bilmәk üçün sәylәr göstәrdiyimizi vә bütün imkanlarımızı sәfәrbәr etdiyimizi bilmәyinizi istәyirәm’’ deyib.

Mustafa Şentop Türkiyә Böyük Millәt Mәclisinin Kıbrıs mәsәlәsi ilә bağlı proseslәri hәr zaman olduğu kimi yaxından tәqib etdiyini ifadә edib.

‘’50 ildәn çoxdur müzakirә edilәn federasiya üsul-idarәsinin  Rum tәrәfinin ‘‘Adanın yeganә sahibi mәnәm’’ düşüncәsi sәbәbindәn Kıbrıs mәsәlәsinin hәll edilmәsinin qarşısını alır. Kıbrısdakı türklәrin mövcudluğunun, azadlığının, gәlәcәyinin, rifahının vә tәhlükәsizliyinin tәmin edilmәsi ilkin prioritetlәrimizdәn biri olmağa davam edәcәk’’,-deyә Mustafa Şentop vurğulayıb.

Şimali Kıbrıs Türk Cümhuriyyәtinin Baş naziri Ersan Saner isә Kıbrısdakı türklәrin haqlı mübarizәsinә Türkiyәdәn aldığı güc sayәsindә davam edәcәyini, bu mövzuda  tәrәddüd etmәdiklәrini bildirib.  



Әlaqәli Xәbәrlәr