Fәxrәddin Altun Anar Kәrimovla görüşüb

Türkiyә Prezident Administrasiyasının İctimaiyyәtlә әlaqәlәr idarәsinin rәhbәri Fәxrәddin Altun Türkiyәdә sәfәrdә olan Azәrbaycanın mәdәniyyәt naziri Anar Kәrimovla görüşüb.

1593841
Fәxrәddin Altun Anar Kәrimovla görüşüb

 

Türkiyә Prezident Administrasiyasının İctimaiyyәtlә әlaqәlәr idarәsinin rәhbәri Fәxrәddin Altun Türkiyәdә sәfәrdә olan Azәrbaycanın mәdәniyyәt naziri Anar Kәrimovla görüşüb.

Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Görüşdә kommunikasiya, film, serial, media vә mәdәniyyәt sahәlәrindә әmәkdaşlığın inkişaf etdirilmәsi müzakirә olunub.

Fәxrәddin Altun Türkiyә ilә Azәrbaycan arasında hәr sahәdә danışıqların artırılmasından mәmnun olduğunu söylәyib.

‘‘İki millәt, bir dövlәt’’ süarının yalnız sözdәn ibarәt olmadığını bütün dünyaya göstәrdiklәrini dilә gәtirәn Fәxrәddin Altun  Dağlıq Qarabağın işğaldan azad edilmәsi prosesindә yalnız hәrbi vә siyasi mәnada deyil, kommunikasiya vә media sahәlәrindә dә әmәkdaşlıq etdiklәrini bildirib.

Azәrbaycan mәdәniyyәt naziri Anar Kәrimov da ilk rәsmi sәfәrini Türkiyәyә etdiyi üçün çox mәmnun olduğunu qeyd edib.

‘‘Qardaş Türkiyәnin dәstәyini yalnız Qarabağ müharibәsindә deyil, bütün tarix boyu hiss etdik. 100 il әvvәl dә Qafqaz İslam Ordusu ilә birlikdә Azәrbaycanı, Bakını işğaldan azad etmişdik. Bu gün dә Qarabağı sizin dәstәyinizlә işğaldan azad etdik. Türkiyә dövlәtinә vә qardaşlarımıza tәşәkkür edirik. Bu dәstәyi heç bir vaxt unutmadıq, unutmayacağıq’’,-deyә Azәrbaycanın mәdәniyyәt naziri vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr