Prezident Ərdoğan İnsan Hüquqları üzrə Fəaliyyət Planını sabah elan edəcək

Ədliyyə Nazirliyinin hazırladığı İnsan Hüquqları üzə Fəaliyyət Planı prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən sabah elan ediləcək.

1592601
Prezident Ərdoğan İnsan Hüquqları üzrə Fəaliyyət Planını sabah elan edəcək

Ədliyyə Nazirliyinin hazırladığı İnsan Hüquqları üzə Fəaliyyət Planı prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən sabah elan ediləcək.

Planın əsas məqsədinin "yeni və mülki konstitusiya yaratmaq" olduğu bildirilir.

Siyasi partiyaların liderləri də prezident Ərdoğan tərəfindən elan ediləcək "İnsan Hüquqları üzrə Fəaliyyət Planı" proqramına dəvət edilib.

Türkiyə vaxtı ilə saat 13:30-da başlayacaq proqram Bestepe Millət  Konqres və Mədəniyyət Mərkəzində təqdim olunacaq.

Proqramda ayrıca Türkiyə Böyük Millət Məclisi (TBMM) sədri Mustafa Şentop, aliməhkəmə başçıları, kabinet üzvləri, qeyri-müsəlman icmanın nümayəndələri, Birləşmiş Millətlər (BM), Avropa İttifaqı (Aİ), Avropa Şurası, Avropa İnsan Hüquqları Məhkəməsi  (AİHM) təmsilçiləri, qeyri-hökumət təşkilatlarının sədrləri, rektorlar, dekanlar, akademiklər, hüquqşünaslar və jurnalistlər iştirak edəcəklər.

İnsan Hüquqları üzrə Fəaliyyət Planı Türkiyənin əsas siyasət sənədi olacaq. Plan qanunvericilik və inzibati fəaliyyətləri qanuni olaraq proqnozlaşdırma, şəffaflıq və hesab verilə biləcək əsasında aparacaq. Mülkiyyət haqqına, qazanılmış haqlara, cinayət və cəzanın şəxsiliyinə və təqsirsizlik prezumpsiyasına ciddi vurğu edilən planla bu sahələrdə müxtəlif dəyişikliklər hədəflənir.



Әlaqәli Xәbәrlәr