Ərdoğan Osmanlı Sultanı şahzadəsi üçün başsağlığı verdi

Osmanlı Sultanı II Əbdülhəmidin 4-cü nəsil nəvəsi şahzadə Əbdülkərim Dündar Osmanoğlu Suriyanın paytaxtı Dəməşqdə vəfat edib

1592093
Ərdoğan Osmanlı Sultanı şahzadəsi üçün başsağlığı verdi

 

  Osmanlı Sultanı II Əbdülhəmidin 4-cü nəsil nəvəsi şahzadə Əbdülkərim Dündar Osmanoğlu Suriyanın paytaxtı Dəməşqdə vəfat edib.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vəfat edən Əbdülkərim Dündar Osmanoğlu üçün qardaşı Osmanlı xanədanı rəisi Harun Osmanoğluya zəng edərək başsağlığı verib. H.Osmanoğlu ölkə başçısına təşəkkür edərək ona dualar edib.

  Telefonda TRT 1-də yayımlanan “Payitaht Abdulhamid” serialından da söhbət açıblar.  

  R.T.Ərdoğan, Harun Osmanoğlunun həyat yoldaşı Farizet Osmanoğlu və qızı Nurhan Osmanoğlu ilə də danışıb. Onlar 26 fevralda 67 yaşı olan Türkiyə prezidentini ad günü münasibətilə təbrik ediblər.



Әlaqәli Xәbәrlәr