Çavuşoğlu Gül babanı ziyarət etdi

Türbə təəssüratını Çavuşoğlu “twitter” hesabından bu sözlərlə bildirib...

1590148
Çavuşoğlu Gül babanı ziyarət etdi
Çavusoğlu-Gul-baba-turbesi_02.jpg

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanın paytaxtı Budapeştdə rəsmi səfərə olub. Burada o ilk olaraq Gül baba türbəsini ziyarət edib.

  Türbə təəssüratını Çavuşoğlu “twitter” hesabından bu sözlərlə bildirib: "İnsan sevgisi, birlikdə yaşama mədəniyyəti və başqalarına hörmət. Bax, budur Gül babanın hekayəsi. Gül baba türbəsi Macarıstanla dostluğumuzun və ortaq tariximizin ən gözəl nişanəsidir. Ruhu şad olsun."

  Qeyd edək ki, Gül baba 2 sentyabr 1541-ci ildə Sultan Süleyman Qanuninin Budin səfəri zamanı vəfat edib.

  Türkiyə-Macarıstan dostluğunun simvolu hesab edilən "Budinin mənəvi gözətçisi" - Gül baba türbəsi 1543-1548-ci illərdə paytaxt Budapeştin Gül təpəsi (Rozsadomb) bölgəsində yerləşir.



Әlaqәli Xәbәrlәr