Prezident Ərdoğan: "Hazırda dünyada ən uğurlu peyvəndləmə aparan ölkə Türkiyədir"

Prezident Rəcəb Tayyib Ərdoğan hazırda dünyada ən uğurlu peyvəndləmə aparan ölkənin Türkiyə olduğunu bildirib.

1589196
Prezident Ərdoğan: "Hazırda dünyada ən uğurlu peyvəndləmə aparan ölkə Türkiyədir"

Prezident Rəcəb Tayyib Ərdoğan hazırda dünyada ən uğurlu peyvəndləmə aparan ölkənin Türkiyə olduğunu bildirib.

Dövlət başçısı Ərdoğan bunu Ankara Valiliyinin təhsil müəssisəslərinin açılış mərasimində deyib.

Çıxışında "Covid-19" epidemiyasının tüğyan etməsilə təhsildə rəqəmsallaşmanın hər zamankindən daha çox olduğunu ifadə edən Ərdoğan "Bir tərəfdə itirsək də, digər tərəfdən rəqəmsallaşma ilə çox fərqli bir məsafə qət etdik" ifadəsini işlədib. 

Dövlət başçısı "Covid-19" ilə mübarizədə "Hal-hazırda dünyada ən uğurlu peyvəndləmə aparan ölkə Türkiyədir” deyib.

"Covid-19" virusuna yoluxma sayının azalması istiqamətində qarşıdakı dövrdə yeni addımlar atmağa davam edəcəyik" deyə vurğulayan dövlət başçısı bildirib ki, yeni tədbirlər də görürük, rahatlama olsa bunun öhdəsindən gələ bilmərik. Ölkədə indiyə qədər peyvənd olunanların sayı 7 milyon yarıma çatıb. Peyvəndləməni ciddi və qətiyyətli şəkildə davam etdirilir.

Prezident Ərdoğan üz-üzə təhsil haqqında isə deyib ki, müəllimlərimizi və şagirdlərimizi ən qısa müddətdə bir araya gətirmək üçün çox səy göstəririk.



Әlaqәli Xәbәrlәr