Hulusi Akar: "Yunanıstana lazımi cavab qaydalar çərçivəsində verildi"

Milli Müdafiə naziri Hulusi Akar Yunanıstan döyüş təyyarələrinin "TCG" gəmisini narahat etməsilə əlaqədar bəyanat verib.

1589244
Hulusi Akar: "Yunanıstana lazımi cavab qaydalar çərçivəsində verildi"

Yunanıstana məxsus qırıcı təyyarələr Egey dənizinin beynəlxalq sularında hidroqrafik sahədə elmi və texniki araşdırmalar aparan Türkiyənin "TCG Çeşmə" gəmisini narahat edib.

Yunanıstanın Hərbi Hava Qüvvələrinə məxsus 4 “F-16” təyyarəsi Limni adasının qərbində "TCG Çeşmə" gəmisinə yaxınlaşıb. Döyüş təyyarələrindən biri "TCG Çeşmə"yə 2 dəniz mili məsafəsində "Chaff" fişəngi ataraq narahat etmişdir.

Milli Müdafiə naziri Hulusi Akar Yunanıstan döyüş təyyarələrinin "TCG" gəmisini narahat etməsilə əlaqədar "Təəssüf ki, Yunanıstanın tez-tez etdiyi bir təcavüz hərəkətlərindən biridir. Bizim öz qaydalarımız var və lazımi cavab qaydalar çərçivəsində verildi" deyib.

"Biz hər zaman söylədiyimiz kimi dialoqdan, yaxşı qonşuluq əlaqələrindən, beynəlxalq hüquqa əməl edilməsindən tərəfik" ifadələrindən istifadə edən Akar "Təəssüf ki, Yunanıstan tez-tez belə hərəkətlərə əl atır. Bu mövzuda bizim mövqeyimiz, qərarımız, görəcəyimiz işlər məlumdur. Bundan heç kəsin şübhəsi, narhatlığı olmasın" deyib.



Әlaqәli Xәbәrlәr