Türk şirkətinin Şimali Afrikada inşa etdiyi beton fabriki istehsala başladı

Türk şirkətinin Liviyada inşa etdiyi və Şimali Afrikadakı nəhəng beton istehsal müəssisələrindən biri hesab edilən fabrik istehsala başlayıb.

1588181
Türk şirkətinin Şimali Afrikada inşa etdiyi beton fabriki istehsala başladı

Liviyanın Misrata şəhərində istifadəyə verilən müəssisənin açılış mərasiminə Karanfil Qrup şirkətinin Başçısı Murtaza Karanfil və şirkətin Baş meneceri (CEO) Fatih Sarı qatılıb.

Afrika qitəsinin ən əhəmiyyətli beton istehsalı fabriklərindən biri olan müəssisədə ilk mərhələdə 250 nəfər işlə təmin olunacaqdır. 10 min kvadratmetri qapalı məkan olmaqla 30 min kvadratmetr anbara sahib 100 min kvadratmetr ərazidə qurulan obyektin inşası üçün bu günə qədər 10 milyon dollar xərclənib.

Orta və uzunmüddətli dövrdə min nəfərin işlə təmin edilməsi planlaşdırılan obyektdə saatda 90 kubmetrə qədər beton istehsalı mümkün olacaq.



Әlaqәli Xәbәrlәr