Türkiyә Silahlı Qüvvәlәri Rәsulayndakı vәtәndaşlara humanitar yardım çatdırmağa davam edir

Türkiyә Silahlı Qüvvәlәri terror tәşkilatı YPG/PKK-dan tәmizlәnәn Suriyanın Rәsulayn qәsәbәsindәki dul qalmuş qadınlara vә şagirdlәrә humanitar yardım çatdırmağa davam edir.

1587151

Türkiyә Silahlı Qüvvәlәri bir tәrәfdәn separatçı terror tәşkilatı YPG/PKK-ya qarşı mübarizәsini davam etdirir, digәr tәrәfdәn dә bölgәdәki vәtәndaşlara  humanitar yardım edir.

Suriyanın Rәsulayn qәsәbәsindә vәzifәsini icra edәn Türkiyә hәrbçilәri qәsәbәdәki bir şagirdә dәftәrxana lәvazimatı, geyim, әrzaq vә oyuncaq bağışlayıb.

Qeyd edәk ki, Türkiyә Silahlı Qüvvәlәri gәlәn hәftә sosial xidmәtlәr tәrәfindәn tәsbit edilәn 200 aztәminatlı ailәyә dә yardım edәcәk.

Tel Abyad vә Rәsulayn qәsәbәlәri Türkiyәnin 2019-cu ilin oktyabr ayında hәyat keçirdiyi ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı nәticәsindә terror tәşkilatı YPG/PKK –dan tәmizlәnmişdi.

Әlaqәli Xәbәrlәr