Ömər Çelik: "Türkiyə terrorla mübarizəsində müttəfiqlərindən dəstək gözləyir"

Ömər Çelik "ABŞ-dan Türk demokratiyasına, məhkəməsinə mütləq hörmət və terrorla mübarizə mövzusunda tam dəstək gözləyirik" deyib.

1586495
Ömər Çelik: "Türkiyə terrorla mübarizəsində müttəfiqlərindən dəstək gözləyir"

"ABŞ-dan Türk demokratiyasına, məhkəməsinə mütləq hörmət və terrorla mübarizə mövzusunda tam dəstək gözləyirik" .

Bunu Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik partiyasının Mərkəzi Qərar İcra heyəti toplantısından sonra verdiyi açıqlamada deyib. 

Ömər Çelik Şimali İraqın Qara bölgəsindəki əməliyyatla əlaqədar olaraq "Bu əməliyyat həm terror ünsürlərinin təmizlənməsi, həm də bu qardaşlarımızın xilas etmək üçün həyata keçirildi" ifadələrdən istifadə edib.

Ö. Çelik Türkiyənin terrorla mübarizəsində müttəfiqlərindən dəstək gözlədiyini bildirərək deyib:

"(Əməliyyat zamanı 13 Türkiyə vətəndaşının bölücü terror təşkilatı tərəfindən şəhid edilməsi ilə əlaqədar) ABŞ "Əgər PKK terror təşkilatı edibsə' deyə bir ifadə istifadə etmişdir. ABŞ Dövlət Katibi (Entoni Blinken) tanış biridir. Təcrübəli bir diplomatdır və Orta Şərqə bələdir. Türkiyənin NATO-dakı rolunu, gücünu və əhəmiyyətini çox yaxşı bilir. Düz də onun dövlət katibliyi dövründə belə bir açıqlamanın verilməsi ciddi şəkildə sual edilməlidir. Bütün dünyada silahlı qüvvələrimiz terrora qarşı çiyin-çiyinə mübarizə aparır. Siz bu silahlı qüvvələrin açıqlamalarına inanmırsınızsa, o zaman bu mübarizə necə davam edəcək? Göstərilən reaksiyadan sonra verilən açıqlamalar isə kollektiv xarakter daşıyır. Başqa cür dildən istifadə etmək Türkiyə-Amerika münasibətlərini təxrib etmək mənası daşıyacaqdır".



Әlaqәli Xәbәrlәr