Marja Qojkoviç:‘‘Türkiyә ilә mәdәniyyәt sahәsindәki әmәkdaşlığı güclәndirmәk istәyirik’’

Serbiya mәdәniyyәt vә informasiya naziri Marja Qojkoviç Türkiyә ilә mәdәniyyәt sahәsindәki әmәkdaşlığı güclәndirmәk istәdiklәrini bildirib.

1585774

Qojkoviçin Türkiyәnin Serbiyadakı sәfiri Tanju Bilgiç ilә keçirdiyi görüşdә iki ölkә arasındakı ortaq mәdәni irsin qorunması mәsәlәsi müzakirә olunub.
Mәdәniyyәt vә İnformasiya Nazirliyindәn verilәn bәyanata görә, Qojkoviç ilә Bilgiç ortaq mәdәni irsin qorunmasının әhәmiyyәtli olduğuna diqqәt çәkiblәr. Bәyanatda görüşdә Belqradda yerlәşәn vә Osmani dövrünә aid olan ‘‘Bayraqlı’’ mәscidi başda olmaqla konkret  bәrpa  layihәlәrinin müzakirә olunduğu bildirilib.

İki ölkә arasındakı siyasi әlaqәlәrin yüksәk sәviyyәdә olduğu ifadә edilәn görüşdә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan ilә Serbiya prezidenti Aleksandr Vuvicin  vaxtaşırı bir araya gәlmәsinin münasibәtlәrin yaxşı olmasının göstәricisi olduğu vurğulanıb.
Nazir Gojkoviç  Serbiyanın mәdәniyyәt sahәsindә Türkiyә ilә әmәkdaşlığını inkişaf etdirmәk istәdiyini, bu çәrçivәdә qurumlararası әmәkdaşlıq ilә yanaşı kinomatoqrafiya mәsәlәsindә dә әlaqәlәri güclәndirmәk istәdiklәrini söylәyib.

Әlaqәli Xәbәrlәr