Efiopiya sərhəd məsələsində Türkiyənin vasitəçiliyindən məmnun olacağını bildirib

Efiopiya Sudan ilə yaşadığı sərhəd məsələsində Türkiyənin oynacağı vasitəçi rolundan məmnun olacağını açıqlayıb.

1584960
Efiopiya sərhəd məsələsində Türkiyənin vasitəçiliyindən məmnun olacağını bildirib

Efiopiya Sudan ilə yaşadığı sərhəd məsələsində Türkiyənin oynacağı vasitəçi rolundan məmnun olacağını açıqlayıb.

Efiopiya Xarici İşlər Nazirliyinin sözçüsü Dina Mufti Türkiyəyə səfəri zamanı verdiyi açıqlamada ölkəsini Sudan ilə müharibə şərtlərinə gətirib çıxaran Faşka bölgəsindəki sərhəd probleminin diplomatik yollarla həll edilə biləcəyini söyləyib.

Mufti "Müharibə gündəmimizdə deyil. Əgər Türkiyə tərəfindən vasitəçilik təklif edilsə, Efiopiya bundan məmnun olacaqdır" deyib. 

Türkiyə ilə Efiopiya 15 fevralda diplomatik əlaqələrin başlamasının 125-ci ildönümünü qeyd etdi.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu 15 fevralda Efiopiyanın Xarici İşlər naziri Demeke Mekonnen ilə bu ölkənin paytaxt Ankaradakı yeni səfirlik binasını keçirilən mərasimdə istifadəyə verib.



Әlaqәli Xәbәrlәr