Çavuşoğlu üçlü toplantı üçün Bakıya yollanır

Paytaxt Bakıda IX Türkiyə-Azərbaycan-Gürcüstan Üçlü Xarici İşlər Nazirləri Toplantısı keçiriləcək

1585584
Çavuşoğlu üçlü toplantı üçün Bakıya yollanır

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 18-19 fevral tarixlərində Azərbaycanda olacaq.

  Paytaxt Bakıda IX Türkiyə-Azərbaycan-Gürcüstan Üçlü Xarici İşlər Nazirləri Toplantısı keçiriləcək.

  Türkiyənin xarici işlər naziri 18-19 fevral tarixlərində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək və ölkə başçısı İlham Aliyev tərəfindən qəbul ediləcək.

  Üçlü Xarici İşlər Nazirləri Toplantısında Gürcüstandan ölkənin baş nazir müavini və xarici işlər naziri David Zalkaliani olacaq. M.Çavuşoğlu D.Zalkaliani ilə də ikitərəfli görüş keçirəcək.

  Bütün görüşlərdə ölkələr arasındakı əlaqələr, regional məsələlər, strateji ortaqlıq səviyyəsində əməkdaşlıq mövzuları müzakirə ediləcək.



Әlaqәli Xәbәrlәr