Prezident Ərdoğan: "Bu son hadisə ilə mübarizəmizdə haqlı olduğumuz bir daha sübuta yetirildi"

Prezident və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Ərdoğan partiyasının Trabzon şəhərindəki növbəti Konqresində etdiyi çıxışında terrorla mübarizə məsələsinə toxunub.

1584761
Prezident Ərdoğan: "Bu son hadisə ilə mübarizəmizdə haqlı olduğumuz bir daha sübuta yetirildi"

Prezident Rəcəb Tayyib Ərdoğan bölücü terror təşkilatı PKK tərəfindən İraqın şimalındakı Qara bölgəsində 13 Türkiyə vətəndaşının öldürülməsi ilə əlaqədar olaraq, "13 günahsızın qetlə yetirilməsi hadisəsində bir neçə zəif etirazdan başqa heç kimi görə bilmədik. Ey Qərb! Hardasınız?" deyə soruşub.

Prezident və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Ərdoğan partiyasının Trabzon şəhərindəki növbəti Konqresində çıxışında deyib ki, qarşıdan gələn dövrdə irəliləyiş əldə etdiyimiz əməliyyatlarımızı təhdidlərin hələ də çox olduğu bölgələrə doğru genişlədəcəyik. Bu son hadisə Türkiyənin PKK terror təşkilatına qarşı mübarizə üçün İraqın şimalında və Suriyada həyata keçirdiyi əməliyyatların sərhədlərimizin təhlükəsizliyi, gələcəyimiz baxımından hansı səviyyədə əhəmiyyətli olduğunu sübut etdi. Hansı hinə girərlərsə, girsinlər, girdikləri hinlərdə onları tapacaq və orada gəbərdəcəyik.

“Ey Qərb! Haradasınız? Niyə səsiniz çıxmır? Niyə susdunuz? Sizdə belə bir şey olduğunda fəryadlarınız bitmirdi. 15 iyul hadisəsi oldu, səsiniz çıxmadı. İndi bu hadisə oldu, yenə səsiniz çıxmır. Səsiniz çıxsa da, çıxmasa da, biz vəzifəmizi bilirik. Bu terrorçulara bu ölkədə fürsət verməyəcəyik” deyə dövlət başçısı vurğulayıb.

Prezident Ərdoğan Qaranın problemli bir bölgə olduğunu qeyd edərək onu da deyib ki, Allahın icazəsilə Qara terrordan təmizləndi. Bir müddətdir əhəmiyyətli irəliləyiş olub. Əməliyyatlarımızı qarşıdan gələn dövrdə təhdidlərin hələ də çox olduğu bölgələrə tərəf genişləndirəcəyik. Bir daha bənzər hücumlarla qarşılaşmamaq üçün təhlükəsizliyini təmin etdiyimiz yerlərdə nə qədər lazımdırsa, o qədər qalacağıq.



Әlaqәli Xәbәrlәr