H. Akar və S. Soylu TBMM-də Qarada keçirilən əməliyyatla bağlı məlumat veriblər

Milli Müdafiə naziri İraqın şimalında mövcudluğunu davam etdirməyə cəhd edən PKK-ya qarşı əməliyyatların sürəti artırılaraq fasiləsiz davam etdiyini bildirib.

1584827
H. Akar və S. Soylu TBMM-də Qarada keçirilən əməliyyatla bağlı məlumat veriblər
soylu.jpg

"İraqın şimalında mövcudluğunu davam etdirməyə cəhd edən PKK-ya qarşı əməliyyatlarımız sürəti artırılaraq fasiləsiz davam edir".

Bunu Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Millət Məclisinin ümimi iclasında etdiyi çıxışda İraqın şimalındakı Qara bölgəsində həyata keçirilən "Pəncə-Qartal-2" əməliyyatı ilə əlaqədar verdiyi məlumat zamanı deyib.
Nazir Akar "Əməliyyat qurudan dəstək və təmas olmadan həyata keçirildi.  Əməliyyat üçün güclü məxfilik tədbirləri daxilində geniş miqyaslı hazırlıq prosesi getdi" deyib.

Akar sözlərinə davamla deyib ki, dost və müttəfiqlərimizlə koordinasiyalı olaraq həyata keçirilən əməliyyatdan əvvəl hədəflər diqqətlə seçildi, əməliyyatın planlaşdırılması və həyata keçirilməsində mülki şəxslərin təhlükəsizliyi və əmlakın qorunmasına maksimum diqqət və həssaslıq göstərildi. Xüsusi Təyinatlı heyət tərəfindən iki terrorçuya bir daha təslim olması üçün çağırış edildi. Onlar tərəfdən atəş edilərək cavab verildi. Əməliyyat qəhrəman kadrlarımız tərəfindən təhlükəsizlik tədbirləri görülərək çox çətin şərtlərdə hər ölkənin keçirə bilməyəcəyi şəkildə həyata keçirildi. Əməliyyat zamanı 4-ü sözdə ali səviyyəli idaəçi olmaqla 51 terrorçu ölü, 2 terrorçu sağ olaraq ələ keçirilmişdir.

Nazir Akar Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatı PKK-nın özünü çox əmin-amanlıq içində hiss etdiyi Qara bölgəsində 75 kilometrə 25 kilometrlik bir ərazidə bölücü terror təşkilatına ağır zərbə vurduğunu da qeyd edib.

Daxili İşlər naziri Süleyman Soylu da ümumi iclasda etdiyi çıxışda terrorla mübarizənin bu gün başlamadığını, ancaq ən yaxın zamanda bölücü terror təşkilatı PKK-nın kökünü kəsərək sona çatdıracaqlarını ifadə edib. 

Soylu "Türkiyədə terrorçu sayı 300-ün aşağısına düşdü, amma İraqda və İranda 5 min terrorçu var. Eyni addımları bu ölkələrdə də atdığı üçün terror təşkilatı orada ailələrindən ayırıb sözdə əsgərə cəlb etdiklərinə görə bu ölkələrdə 5 min terrorçu var. Bunu demək istəyirəm ki, hələ işimizin bitməyib." deyib.



Әlaqәli Xәbәrlәr