M. Çavuşoğlu: "Bu ölkələr PKK-nın qətliamı qarşısında səssiz qaldılar"

Xarici İşlər naziri Mövlud Çavuşoğlu terrorla mübarizə apardığını iddia edən ölkələrin bölücü terror təşkilatı PKK-nın qətliamına səssiz qaldıqlarını bildirib.

1583820
M. Çavuşoğlu: "Bu ölkələr PKK-nın qətliamı qarşısında səssiz qaldılar"

"Terrorla mübarizə apardığını iddia edən ölkələr bölücü terror təşkilatı PKK-nın qətliamı qarşısında səssiz qalırlar".

Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu Efiopiyanın Xarici İşlər naziri Mekonnenin iştirakı ilə bu ölkənin paytaxt Ankaradakı yeni Səfirlik binasının rəsmi açılış mərasimndə deyib.

Çavuşoğlu çıxışında Türkiyənin bütün Afrika ölkələrinə hər cür dəstəyi göstərməyə davam edəcəyini bildirərək, "Efiopiya və Afrika ölkələrinin xüsusilə terrorla mübarizəsini də güclü və konkret şəkildə dəstəkləməyə davam edəcəyik" deyib.

Çavuşoğlu uzun illərdir terrorla mübarizə edən bir millət və ölkə olaraq Türkiyənin Afrika ölkələrinin terrorla mübarizəsini çox yaxşı başa düşdüyünə diqqət çəkərək,"Bir çox Qərb ölkəsində olduğu kimi heç vaxt ikili standartlarda olmamalıyıq, ikiüzlülük etmədik.Türkiyə olaraq da qarşı-qarşıya olduğumuz fərqli terror təşkilatları ilə, PKK, YPG, DEAŞ və digər terror təşkilatları ilə mübarizəmizə davam edəcəyik" ifadələrdən istifadə edib.

Türkiyənin həm sərhədləri daxilində, həm də sərhəddən kənarda terror təşkilatlanmaları ilə mübarizəni qətiyyətlə davam etdirəcəyini vurğulayan Çavuşoğlu bunu da deyib ki, bu mübarizə YPG/PKK-nı oradan təmizləyənə qədər davam edəcək. PKK terror təşkilatı həmişə olduğu kimi xəyanətini göstərdi və daha əvvəl qaçırdığı 13 günahsız insanımızı qətlə yetirdi. Əlbətdə ki, şəhidlərimizin qanı yerdə qalmadı, heç vaxt da qalmayacaq. Ancaq bu iki gündə terrora qarşı mübarizə apardıqlarını iddia edən ölkələrin PKK-nın bu qətliamı qarşısında səssiz qaldılar və ya 'əgər' və 'amma"larla ötüşdürməyə cəhd etdilər.



Әlaqәli Xәbәrlәr