ABŞ Qarada şəhid edilən 13 vətəndaşla bağlı Türkiyəyə başsağlığı verib

ABŞ İraqın Qara bölgəsində bölücü terror təşkilatı PKK tərəfindən şəhid ediən 13 türk vətəndaşı ilə bağlı başsağlığı verib.

1583631
ABŞ Qarada şəhid edilən 13 vətəndaşla bağlı Türkiyəyə başsağlığı verib

ABŞ İraqın Qara bölgəsində bölücü terror təşkilatı PKK tərəfindən şəhid ediən 13 türk vətəndaşı ilə bağlı başsağlığı verib.

ABŞ Dövlət Departamenti Qara bölgəsində 13 Türkiyə vətəndaşının şəhid olması ilə bağlı yaydığı açıqlamada "ABŞ Türkiyə vətəndaşlarının İraqın Qara bölgəsində öldürülməsindən təəssüflənir. NATO müttəfiqimiz Türkiyənin yanındayıq və son qarşıdurmada şəhid olanların ailələrinə başsağlığı veririk. Türk vətəndaşlarının terror təşkilatı PKK-nın əlində öldüyü xəbəri doğrudursa, bu aktı ən sərt şəkildə qınayırıq" ifadəsi işlədilib.



Әlaqәli Xәbәrlәr