ŞKTC, Bolqarıstan və Somalidən şəhid edilən 13 Tük vətəndaşı üçün başsağlığı verilib

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti, Bolqarıstan və Somali Türkiyəyə şəhid edilən 13 vətəndaş üçün başsağlığı verib

1583292
ŞKTC, Bolqarıstan və Somalidən şəhid edilən 13 Tük vətəndaşı üçün başsağlığı verilib

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) Prezidenti Ersin Tatar, Baş nazir Ersan Saner, Xarici İşlər naziri Tahsin Ertuğruloğlu və Milli Birlik Partiyası (UBP) Millət vəkili Oğuzhan Hasipoğlu İraqın Qara bölgəsində bölücü terror təşkilatı PKK tərəfindən şəhid edilən 13 Türk vətəndaşı üçün başsağlığı mesajı yayımlayıblar.

Yayılan mesajlarda şəhid olanlara Allahdan rəhmət dilənib və Türk millətinə baş sağlığı verilərək, "Pəncə-Qartal-2" əməliyyatının uğurla başa çatdırılmasından məmnunluq dilə gətirilib.

Bolqarıstan Cümhuriyyəti Müsəlmanlar Diyanət İşləri Baş Müftiliyi də Şimali İraqın Qara bölgəsində 13 mülki şəxsin şəhid olmasını qınayıb və Türk xalqının acılarını ən səmimi şəkildə paylaşdıqlarını bildirib.

Somalinin Ədliyyə naziri Abdulkadir Məhəmməd Nur İraqın Qara bölgəsində terror təşkilatı PKK tərəfindən şəhid olan 13 Türkiyə vətəndaşı üçün başsağlığı verib.



Әlaqәli Xәbәrlәr