Türkiyә XİN: ‘‘Beynәlxalq Cinayәt Mәhkәmәsinin qәrarını alqışlayırıq’’

Türkiyә işğal altındakı Fәlәstin torpaqlarının Beynәlxalq Cinayәt Mәhkәmәsinin  yurisdiksiyasına daxil edilmәsini mәmnuniyyәtlә qarşılayıb.

1578418

Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda deyilir: ‘‘1967-ci ildәn etibarәn İsrailin işğalı altında olan Şәrqi Qüds daxil olmaqla Fәlәstin torpaqlarının Beynәlxalq Cinayәt Mәhkәmәsinin yurisdiksiyasına daxil edilmәsini alqışlayırıq. Bu qәrar İsrailin Fәlәstin torpaqlarında törәtdiyi cinayәtlәrә görә cavab vermәsi vә sözügedәn cinayәtlәri törәdәnlәrin tәsbit edilmәsi baxımından böyük әhәmiyyәt kәsb edir.Beynәlxalq Cәza Mәhkәmәsinin qәbul etdiyi qәrarın beynәlxalq ictimaiyyәt tәrәfindәn dәstәklәnmәsi dә çox әhәmiyyәtlidir’’.

Әlaqәli Xәbәrlәr