Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb
‘‘Fәrat qalxanı’’ әmәliyyatının keçirildiyi bölgәdә zeytun toplayan fermerlәrә hücum edәn separatçı terror tәşkilatı PKK/YPG-nin 3 üzvü zәrәrsizlәşdirilib.
1578382
‘‘Fәrat qalxanı’’ әmәliyyatının keçirildiyi bölgәdә zeytun toplayan fermerlәrә hücum edәn separatçı terror tәşkilatı PKK/YPG-nin 3 üzvü zәrәrsizlәşdirilib.
Bu barәdә Türkiyә Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindә verilәn mәlumatda bildirilib.
Mәlumatda bu ifadәlәrә yer verilib: ‘‘Tel Rıfat bölgәsindәki PKK/YPG terrorçuları ‘‘Fәrat qalxanı’’ әmәliyyatının keçirildiyi bölgәdә yerlәşәn Azezdәki zeytun toplayan fermerlәrә hücum etdi. Fermerlәrә atәş açıldığını görәn qәhraman hәrbçilәrimiz terrorçulara lazımi cavabı verәrәk terror tәşkilatının 3 üzvünü zәrәrsizlaşdirib’’.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.