Türkiyə əhalisinin sayı 83 milyonu keçib

Türkiyə əhalisinin sayı 2020-ci ildə bir əvvəlki il ilə müqayisədə 459 min 365 nəfər artaraq 83 milyon 614 min 362 nəfərə çatıb.

1577114
Türkiyə əhalisinin sayı 83 milyonu keçib

Türkiyə əhalisinin sayı 2020-ci ildə bir əvvəlki il ilə müqayisədə 459 min 365 nəfər artaraq 83 milyon 614 min 362 nəfərə çatıb.

Kişi əhalisi 41 milyon 915 min 985, qadın əhalisi 41 milyon 698 min 377 nəfər təşkil edib. Ümumi əhalinin 50 faizi kişilər, 49,9 faizi isə qadınlardır.

İstanbul əhalisi əvvəlki il ilə müqayisədə 56 min 815 nəfər azalaraq 15 milyon 462 min 452 nəfərə düşüb.

Türkiyə əhalisinin 18,49 faizinin yaşadığı İstanbulu, 5 milyon 663 min 322 nəfərlə Ankara, 4 milyon 394 min 694 nəfərlə İzmir, 3 milyon 101 min 833 nəfərlə Bursa və 2 milyon 548 min 308 nəfər ilə Antalya izlyib.

Bayburt 81 min 910 nəfərlə ən az əhalisi olan vilayət olub.



Әlaqәli Xәbәrlәr